📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə yanğınsöndürən helikopter gölə düşdü

2024-08-02 21:04:10

Türkiyədə yanğınsöndürən helikopter gölə düşdü

Türkiyənin Adana vilayətində meşə yanğınları ilə mübarizə aparan helikopter gölə düşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Rayon başçısı Yavuz Köşgər qeyd edib ki, təyyarənin düşməsi nəticəsində xəsarət alan olmayıb.

“Helikopter meşə yanğınlarını söndürmək üçün su götürərkən Qızlarsekisi rayonunda gölə düşüb. Beş ekipaj üzvünü xilas etmək mümkün olsa da, helikopter batıb”, - deyə o bildirib.