Türkiyədə yenə zəlzələ baş verdi
2023-08-12 19:58:00
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.