Türkiyədə yeni neft yatağı xəbəri
Hurriyyet.az xəbər verir ki, Türkiyənin İraqla həmsərhəd olan cənub-şərq rayonunda yerləşən Kato dağında yeni neft yatağı kəşf edilə bilər. Xəbəri Türkiyənin “Sabah” qəzeti yayıb. Mütəxəssislərin fikrincə onun potensialı Şirnak vilayətində yerləşən və ölkənin ən böyük neft yatağı hesab edilən Qabar yatağından 5 dəfə yüksək ola bilər.
Qəzetin yazdığına görə, Şirnak və Hakkari vilayətləri arasındakı Kato dağı ərazisində artıq ilkin kəşfiyyat işləri aparılır. Hesab edilir ki, buradakı neftin keyfiyyəti dünyanın ən bahalı nefti hesab edilən və ən az qarışığa malik ərəb nefti ilə müqayisə edilə bilər.
Türkiyə Prezidenti R.T.Ərdoğan may ayının əvvəlində Qabar dağında neft yatağının aşkar edilməsi və sutkada 100 min barrel istehsal gücünə malik olması barəsində məlumat vermişdi. Yatağın potensialı 1 milyard barrel, oradakı ehtiyatın miqdarı 70 milyard dollar dəyərində qiymətləndirilir.
Hürr Tərcüman