📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə yerli vaksinin vurulması prosesi başlayıb

2021-12-30 15:24:00

Türkiyədə yerli vaksinin vurulması prosesi başlayıb

Hurriyyet.az “Anadolu Agentiyi”nə istinadən xəbər verir ki, İstanbul şəhərinin Çam və Sakura (xəstəxana Yaponiya-Türkiyə dostluğunun rəmzi olaraq şam və sakura ağaclarının adı ilə adlandırılıb) xəstəxanalarında əhaliyə yerli istehsal olan “TURKOVAC” vaksininin vurulmasına başlanılıb.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca da Ankara Şəhər Xəstəxanasında  gücləndirici doza kimi yerli preparatla peyvənd olunub. Koca həmvətənlərinə yerli vaksin vurdurmağı tövsiyə edib.

Hürr Tərcüman