📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə zavodda güclü partlayış - Ölənlər var-Yenilənib

2026-11-09 19:38:26

Türkiyədə zavodda güclü partlayış - Ölənlər var-Yenilənib

Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən metallurgiya zavodunda güclü partlayış baş verib.

Hurriyyet.net “Hürriyet”ə istinadla xəbər verir ki, hadisə HABAŞ şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Məlumata görə, partlayışdan sonra baş verən yanğın nəticəsində azı 6 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Yaralılardan üçünün vəziyyəti ağırdır. Dağıntılar altında qalan 8 nəfərin axtarışları davam etdirilir.

***

İzmir Valiliyinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.