📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə zavodda partlayış: yaralılar var

2021-12-23 13:26:00

Türkiyədə zavodda partlayış: yaralılar var

Türkiyənin Osmaniyə şəhərindəki tullantıların emalı zavodunda partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Hadisə nəticəsində ən azı altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Partlayışın səbəbləri hələlik müəyyən edilməyib.