Türkiyədə zəlzələ - yaralılar var
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyədə, Düzce rayonunun Gölyaka məntəqəsində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 35 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədəki açıqlamasında vəziyyətlə əlaqədar yazıb: “Son məlumata görə, Düzcedə, mərkəzi Gölyakada olan, bir çox rayonumuzda hiss edilən 5,9 bal gücündəki zəlzələ nəticəsində Düzcedə 1 nəfəri ağır olmaqla 32, İstanbulda1, Boluda 1, Zonquldakda 1 nəfər, ümumilikdə 35 nəfər yaralanıb. Səhiyyə müəssisələrimizdə yaralıların müalicəsi davam edir”.
Zəlzələ zonasına daxil olan rayonlarda yerləşən təhsil müəssisələrində dərslər dayandırılıb.
Türkiyə vaxtı 04.08-də baş verən zəlzələ, 6,81 km dərinliyində qeydə alınıb.
Mərkəzi Gölyakada olan zəlzələ geniş bir ərazidə – İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Bilecik, Bursa və İzmir şəhərlərində hiss edilib.
Hürr Tərcüman