Türkiyədə zəlzələ
2024-01-25 17:33:02
Hurriyyet.az xəbər verir ki, Türkiyənin şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi verib.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 441 min nəfərə yaxın əhalisi olan Malatya şəhərindən təqribən 28 km cənub-şərqdə, 8 km dərinlikdə olub.
Hürr Tərcüman