📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə zəlzələ olacağını 3 gün əvvəl xəbər vermişdi

2023-02-06 12:21:00

Türkiyədə zəlzələ olacağını 3 gün əvvəl xəbər vermişdi

Hurriyyet.az xəbər verir ki, zəlzələlər üzrə dünyanın tanınmış eksperti Frenk Hugerbitsin hələ 3 gün bundan öz “Tvitter” səhifəsində Türkiyədə zəlzələ baş verəcəyi barəsində proqnoz verdiyi bildirilir.

O, “Tvitter” şəbəkəsindəki 3 fevral tarixli paylaşmasında yazıb: “Türkiyədə, İordaniyada, Suriyada, Livanda, 7,5 bal gücündə zəlzələ baş verəcək. Yeraltı təkanlar davam edəcək”. Hugerbits paylaşmasında türkcə "deprem" sözünü də yazıb.

Bəlli olduğu kimi, bu gün səhər saat 14.17-də Türkiyənin Karhamanmaraş vilayətinin Pazarcık rayonynda 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Türkiyənin 10 şəhərində hiss edilib. AFAD zəlzələdən sonra 42 təkanın baş verdiyini bildirir. Onlardan ən güclüsü 6,6 bal gücündə olub.

Hürr Tərcüman