📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə ZƏLZƏLƏ OLDU

2021-11-08 22:07:00

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyənin Konya vilayətində 5.1 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 20:43-də qeydə alındığını açıqlayıb.

Zəlzələ Konyanın Meram rayonunda yerin 10,61 kilometr dərinliyində baş verib.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib. \\Manşet.az