📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə zəlzələ oldu

2024-01-07 00:17:15

Türkiyədə zəlzələ oldu

Türkiyədə iki vilayətində - Malatya və Manisada 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Malatyada baş verən zəlzələ şəhər mərkəzindən 31 km məsafədə, 9 km dərinlikdə qeydə alınıb.

Manisada isə qeydə alınan təkanların ocağı mərkəzdən 45 km uzaqlıqda yerləşib. Zəlzələnin episentri 12 km dərinlikdə yerləşib.