📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə zəlzələ oldu

2024-03-03 20:08:49

Türkiyədə zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 4,4 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 17:43-də qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

\\Redaktor.Az