📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı

2023-04-14 14:17:00

Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi fevral ayında baş vermiş zəlzələ nəticəsinə 50500 nəfərin həlak olduğunu bildirib. Bu barədə açıqlamanı Daxili İşlər naziri Süleyman Soylu verib.

Bununla yanaşı, onminlərlə insan yaralanıb, evini itirib. Dağıntılara məruz qalmış şəhərlərdə yeni evlərin tikintisi artıq başlanıb. Ümumilikdə 650 minə qədər binanın tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyənin bəzi bölgələrində zəlzələdən sonrakı yeraltı təkanlar hələ də davam edir. Hazırda təkanların gücü 4 bala yaxın olur.

Hürr Tərcüman