Türkiyədə zəlzələdə yaranan göl: 5 kənd təxliyə olundu
2023-03-18 20:25:00
Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda zəlzələ nəticəsində yaranan təbii göl leysan yağışı səbəbindən daşqın həddinə çatıb.
Bu barədə TRT məlumat yayıb.
Məlumata görə, gölün ətrafındakı 5-ə yaxın kənd boşaldılıb. Kənd sakinləri rayon ərazisindəki hərbi və möhkəm yataqxana binalarına yerləşdirilib. \\Axar.Az