📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədəki seçkilərdə gözəgörünməz mürəkkəb istifadə olunmayacaq - RƏSMİ

2023-03-10 10:04:00

Türkiyədəki seçkilərdə gözəgörünməz mürəkkəb istifadə olunmayacaq - RƏSMİ

Türkiyədəki seçkilərdə seçicilərin barmaqlarının işarələnməsi məsələsinə aydınlıq gətirilib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. 

Bildirilib ki, qarşıdakı seçkilərdə gözəgörünməz mürəkkəbdən istifadə olunmayacaq. 

Qeyd edək ki, seçkilərin 14 mayda keçirilməsi gözlənilir. Bu gün seçkilərin dəqiq tarixi ilə bağlı rəsmi qərar veriləcək. (yenisabah)