Türkiyədəki zəlzələdə ölənlərin sayı artdı
2023-04-05 10:53:00
Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 50 399 nəfərə çatıb.
Hurriyyet.az verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
Onun sözlərinə görə, həlak olanların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Soylu qeyd edib ki, ölənlərin sayının az açıqlanması ilə bağlı iddialar spekulyasiyadır.
qafqazinfo.az