📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədən AB-nin qərarına sərt reaksiya

2021-12-17 15:07:00

Türkiyədən AB-nin qərarına sərt reaksiya

Avropa Birliyinin (AB) Ümumi Məsələlər Şurasında qəbul etdiyi genişlənmə qərarları bir daha göstərdi ki, qurum genişlənməyə strateji perspektivdən deyil, üzvlük həmrəyliyi çərçivəsində yanaşır.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Genişlənmə qərarlarının ölkəmizlə bağlı hissələrində Türkiyənin AB ilə üzvlük danışıqları aparması diqqətdən kənarda qalır, ölkəmizin həm AB, həm də regional sülh, sabitlik və rifah baxımından əhəmiyyəti inkar edilir, hətta yanlış təqdim olunur. Bu qərarlar Türkiyə-AB münasibətlərinə heç bir töhfə vermir, Avropanın ümumi maraqlarına xidmət etmir və bizi müsbət və konstruktiv gündəm yaratmaq məqsədinə yaxınlaşdırmır. Bu qərarlarda Kipr türkləri bir daha nəzərə alınmayıb, Yunanıstan və yunan Kiprinin Şərqi Aralıqda gərginliyi artıran birtərəfli fəaliyyətləri də diqqətdən kənarda qalıb. AB-nin bu münasibəti davam etdiyi müddət ərzində Kipr məsələsinə konstruktiv töhfə vermək mümkün deyil. Bu səbəbdən AB-ni adadakı reallıqları bir daha görməyə, Kipr türklərini və onların əldə edilmiş hüquqlarını görməzlikdən gələn siyasətinə son qoymağa dəvət edirik”, - məlumatda bildirilir.