Türkiyədən açıqlama: “Əks halda Zəngəzur dəhlizi İrandan keçə bilər”
Paşinyan tələsməlidir
Hurriyyet.az TRT kanalına istiandla xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Ermənistanın əməkdaşlıqdan imtina edəcəyi təqdirdə, Zəngəzur dəhlizinin İran ərazisindən keçə biləcəyini bildirib. O, beynəlxalq Zəngəzur marşrutunun layihədə iştirak edən istənilən ölkəyə fayda gətirəcəyini deyib: “Dəhliz ərazisindən keçəcəyi istənilən ölkə üçün real coğrafi şərait baxımından sərfəli olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə qərəzli siyasi rəng qatmadan qiymət verəcəkdir”. O, Ermənistanın yolun tikintisində iştirak etməyəcəyi təqdirdə, marşrutun İran ərazisindən keçə biləcəyini əlavə edib.
Nazir yolun tikintisinin başa çatmaq üzrə olduğunu deyib – Naxçıvan respublikasındakı 110 kilometrlik hissə artıq hazırdır.
Marşrutun Türkiyənin Kars şəhərindən keçəcəyi planlaşdırılır. Türkiyədə olan hissə 224 kilometrdir. Yaxın zamanlarda tikinti ilə bağlı tender keçiriləcək.
Hürr Tərcüman