📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədən açıqlama: “Hədəfə addım-addım yaxınlaşırıq”

2021-12-25 13:34:00

Türkiyədən açıqlama: “Hədəfə addım-addım yaxınlaşırıq”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin “Fatih” qazma gəmisi Türkali-7 quyusunda qazma işlərinə başlayıb. Bu barədə açıqlamanı Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönmez “Tvitter” hesabında verib: “Addım-addım hədəfə. Fatih qazma gəmimiz Türkali-7 quyusunda qazma işlərinə başlayıb. Hər yeni qazma bizi 2023-cü ildə Anadolunu Qaradəniz qazı ilə istimə hədəfinə daha da yaxınlaşdırır”.

“Fatih” qazma gəmisi Qara dənizdə ümumilikdə 540 milyard kubmetr təbii qaz kəşfini həyata keçirib. 2023-cü ildə Qara dəniz qazının istifadəyə veriləcəyi bəyan edilib.

Hürr Tərcüman