📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədən Belarusa uçuşlara məhdudiyyət qoyuldu

2021-11-12 17:59:00

Türkiyədən Belarusa uçuşlara məhdudiyyət qoyuldu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Mülki Aviasiya İdarəsi İraq, Suriya və Yəmən vətəndaşlarına Türkiyə aeroportlarından Belarusa uçmağı qadağan edib. Bunun səbəbi miqrantların Belarusla Avropa İttifaqının sərhədlərini qeyri-qanuni şəkildə pozmaq cəhdləridir.

Bundan əvvəl isə Belarusun “Belavia” dövlər aviaşirkəti noyabrın 12-dən etibarən Türkiyədən Belarusa uçan İraq, Suriya və Yəmən vətəndaşlarını qəbul eləməyəcəyini bəyan eləmişdi. Artıq bilet almış vətəndaşların pullarının geri qaytarılacağı vəd edilib.

 

Hürr Tərcüman