Türkiyədən Çinə sərt cavab: “Sizdən dərs alası deyilik”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ferudin Sinirlioğlu Türkiyəyə “Suriyada insan hüquqlarına riayət eləmək” çağırışı edən Çin təmsilçisinə: “Beynəlxalq insan hüquqları dərsini bu hüquqları pozanlardan dərs alası deyilik”, - deyə cavab verib.
Çinin BMT-dəki daimi nümayəndəsinin köməkçisi Gen Şuan Suriya ilə bağlı iclasdakı çıxışında Fərat çayındakı su səviyyəsinin azalmasında, Allouk su anbarındakı qıtlıqda Türkiyəni ittiham edərək, onu Suriyanın şimal-şərqini nəzarəti altına almaqda ittiham edib, beynəlxalq hüquqa riayət eləməyə çağırıb.
Sinirlioğlu Şuanın bu iddialarına cavabında “Beynəlxalq insan hüquqları dərsini bu hüquqları pozanlardan dərs alası deyilik” sözlərini söyləyib. Sinirlioğlu BMT Baş katibinin hesabatında Allouk su stansiyasının problemləri barədə məlumat verildiyini xatırladıb – PKK/YPG terror təşkilatı ilə Suriyadakı Əsəd hökumətinin bu məsələdən öz planları üçün sui-istifadə elədiklərini vurğulayıb. Sinirlioğlu PKK/YPG-nin regionda sabitliyi pozan böyük bir amil olduğunu, iki həftə bundan əvvəl Afrində bomba hücumu ilə 6 nəfər dinc vətəndaşın ölümünə səbəb olduğunu söyləyib, PKK/YPG teror təşkilatının İraqdakı suriyalı yezidilərlə kürdlərin evlərinə qayıtmasına mane olduğunu bildirib.
Sinirlioğlu PKK/YPG terorunun Suriya ilə məhdudlaşmadığını, təşkilartın Suriyadakı gücündən Türkiyəni hədəfə almaq üçün istifadə elədiyini qeyd edib.
Qeyd edək ki, ötən həftə BMT-də Türkiyə də daxil olmaqla, 43 dövlət Sincan Uyğur Muxtar Vilayətindəki uyğur türklərinin insani hüquqlarının Çin dövləti tərəfindən pozulmasına qarşı birgə bəyanat vermişdi.
Hürr Tərcüman