📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədən İrəvana təklif - cavab gözlənilir

2022-07-12 14:40:00

Türkiyədən İrəvana təklif - cavab gözlənilir

 

Rusiya ilə Avropanın vasitəçiliyinə gərək qalmaya bilər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına xəbər verir ki, Rusiyanın RİA Novosti informasiya agentliyi öz mənbələrinə istinadla Türkiyənin Ermənistanla danışıqları ya Ankarada, yaxud da İrəvanda keçirməyi təklif elədiyini yazıb. Bəlli olduğu kimi, indiyə qədər Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri normallaşdırma danışıqlarını yalnız Moskva və ya Vyana şəhərlərində keçirirdilər. Rusiya mətbuatı İrəvanın Ankaranın bu təklifinə hələ cavab vermədiyini yazır.

Agentliyin yazdığına görə, məlumatı verən şəxs belə deyib: “Əgər söhbət iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasından gedirsə, danışıqların üçüncü ölkənin, yaxud da qüvvələrin iştirakı olmadan keçirilməsi məntiqli olar. Biz Ankarada, yaxud da İrəvanda görüş keçirməyi təklif eləsək də, hələ cavab almamışıq”. O, erməni diasporasının müqavimətinin də münasibətlərin normallaşdırılması prosesini ləngitdiyini qeyd edib: “Bəzi hallarda prosesə maneələr törədilir. Lakin biz bunlara rəğmən, normallaşma prosesinin davam edəcəyinə ümid bəsləyirik”.

Hürr Tərcüman