Türkiyədən Putin və Zelenski ilə bağlı SON DƏQİQƏ açıqlaması
2022-10-18 15:19:00
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Ukrayna lideri Vladimir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putini görüşdürmək istəyir”.
Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
O bildirib ki, Vladimir Putin indi - Rusiya Ukraynanın dörd vilayətini ilhaq edəndən sonra danışıqlar istəyir: “Bütün çətinliklərə rəğmən, diplomatiya qapısı açıq saxlanılmalıdır. Türkiyə prezidenti bunu bacarır”.