📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədən qisas zərbələri: terrorçuların obyektləri məhv edildi - VİDEO

2024-10-24 10:37:47

Türkiyədən qisas zərbələri: terrorçuların obyektləri məhv edildi - VİDEO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ötən gün Ankarada törədilən terror altına cavab olaraq PKK qruplaşmasının mövqelərinə ağır zərbələr endirib.

Hurriyyet.az xəbər verir ki, Suriya və İraqın şimalında PKK/YPG terror təşkilatına aid bir strateji nöqtələr hədəfə alınıb.

Terrorçulara məxsus hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəflər pilotsuz uçuş aparatları (PUA) və digər vasitələrlə məhv edilib.

“Milli Kəşfiyyat Təşkilatı hədəfə çatana qədər PKK/YPG terror təşkilatına qarşı əməliyyatlarını fasiləsiz davam etdirəcək”, - açıqlamada deyilir.

Qeyd edək ki, ötən gün Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinə məxsus obyektdə terror aktı törədilib. Hücum zamanı 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

Modern.az