Türkiyədən qızıl çıxaran erməni qaçaqmalçı yaxalandı
2022-08-15 19:23:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan vətəndaşı Türkiyədən Gürcüstana bəyannamədə qeyd edilməyən qızıl məmulatları keçirərkən yaxalanıb. Hadisə “Sarpi” sərhəd-keçid məntəqəsində baş verib. Bu barədə məlumat Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin saytında yerləşdirilib.
Qaçaqmal Ermənistan vətəndaşının yükünün yoxlanılması zamanı aşkar edilib. Ümumilikdə 259,25 qram ağırlığında, 8,8 min dollar qiymətində qızıl zinət əşyaları aşkar edilib.
İş ilə bağlı materiallar Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib.
Hürr Tərcüman