📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədən Rumıniyaya təbii qaz ixrac ediləcək

2023-09-27 10:59:17

Türkiyədən Rumıniyaya təbii qaz ixrac ediləcək

Boru Kəmərləri və Neft Nəqliyyatı A.Ş. (BOTAŞ) tərəfindən edilən açıqlamada, "Türkiyə Əsri" vizyonuna uyğun olaraq müəyyən edilmiş hədəflərə doğru möhkəm addımlarla irəliləməyə davam etdikləri bildirilib.

Açıqlamada BOTAŞ-ın qarşıdakı 3 ildə Türkiyənin ilk 10 ixracatçısı arasında yer almağı hədəflədiyi qeyd edilib və "BOTAŞ, bölgənin ən böyük enerji şirkətlərindən biri olan “OMV Petrom” ilə mühüm müqavilə imzalayıb. Müqavilə 2025-ci il martın 31-də gündə 4 milyon kubmetrə qədər təbii qazın tədarükünə icazə verəcək. Müqavilə çərçivəsində Türkiyədən boru kəmərləri ilə Rumıniyaya təbii qaz ixracına oktyabrın 1-də başlanacaq", kimi ifadələrdən istifadə edilmişdir.

Ülviyyə, Hurriyyet.az