Türkiyədən yeni həmlə! Egey dənizində neft axtaracaq
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, “Arar” neft kəşfiyyatı şirkəti Egey dənizinin Türkiyəyə məxsus sularında neft axtarışı aparmağa izacə verilməsi üçün müraciət edib.
Türkiyənin “Resmi Qazete”sinin bu gün dərc edilən sayında “Arar” neft-qaz axtarışı, istehsalı və satışı şirkətinin Egey dənizində fəaliyyət göstərmək məqsədilə 11 ədəd lisenziya verilməsi üçün Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinə müraciət elədiyi bildirilir.
“Resmi Qazete”nin bu gün dərc edilən sayında Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinin Türkiyənin TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) neft şirkətinə də Mersin rayonunda neft axtarışı icazəsi verildiyi bildirilir.
Hürr Tərcüman