📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli deputat: "İran əngəl yaradır, amma bilirik ki, Zəngəzur dəhlizi açılacaq"

2023-02-04 23:31:00

Türkiyəli deputat:

"İran buna əngəl yaradır, amma biz bilirik ki, Zəngəzur dəhlizi də açılacaq".

Bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Ş.Ayrım bildirib ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir:

"Biz kinli millət deyilik. Amma 30 illik qaçqınlıq, köçkünlük həyatının cavabı verilməlidir. Düzdür, İran buna əngəl yaradır, amma biz bilirik ki, Zəngəzur dəhlizi də açılacaq və biz avtomobillə Azərbaycana gələcəyik".//Report.az