📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli deputat İrəvana gəldi — Eks-prezidentlə təkbətək görüşdü

2022-10-29 20:24:00

Türkiyəli deputat İrəvana gəldi — Eks-prezidentlə təkbətək görüşdü

Oktyabrın 29-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Türkiyə parlamentinin deputatı Karo Paylanı qəbul edib.
Hurriyyet.Az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın “Facebook” səhifəsində foto əlavə edilmiş paylaşımından məlum olub. 
Qeyd olunur ki, iki saatdan çox davam edən söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivlərindən gedir.
Söhbətə sonradan birinci prezidentin baş müşaviri Jirayr Liparityan da qoşulub. \\Turkustan.az