📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli dilənçinin bankdakı sərvəti aşkar olundu

2024-07-24 22:04:20

Türkiyəli dilənçinin bankdakı sərvəti aşkar olundu

Türkiyənin Çorum vilayətində polis dilənçi qadının bank hesabından 191 min TL (təxminən 10.000 AZN) pul tapıb.

Hurriyyet.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, Şənyurt 9-cu küçədə M.D. adlı qadın polis qrupları tərəfindən saxlanılıb.

Axtarış zamanı qadının üzərində təxminən 100 TL, bank hesabında isə 191 min TL olduğu müəyyən edilib.

Dilənçiyə “Qeyri-qanuni əməllər haqqında” qanun çərçivəsində inzibati cərimə kəsilib.