📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli diplomatdan AÇIQLAMA: "Türkiyənin BRİKS-ə qoşulmaq istəyi onun Avropa istəklərinə zidd deyil, baxmayaraq ki,..."

2024-07-16 10:26:22

Türkiyəli diplomatdan AÇIQLAMA:

Türkiyənin BRİKS-ə qoşulmaq istəyi onun Avropa istəklərinə zidd deyil, baxmayaraq ki, ölkənin Aİ-yə daxil olması yaxın gələcəkdə mümkün deyil.

Bu fikri Türkiyənin Çindəki diplomatik missiyasının rəhbəri İsmayıl Hakkı Musa Çinin “Huanqiu Shibao” qəzetinə müsahibəsində, “BRİKS-ə üzv olmaq istəyi Türkiyənin Avropa Birliyinə daxil olma münasibətini dəyişməyəcək, lakin biz realistik. Biz əlli ildən çox gözləmişik, lakin avropalı tərəfdaşlarımız hələ də bizi tamhüquqlu üzv kimi qəbul etməyə hazır deyillər”, deyə səsləndirib.

Eyni zamanda, Türkiyə səfiri Ankaranın Aİ-yə daxil olmaq planlarının “yaxın gələcəkdə” reallaşa bilməyəcəyi qənaətində olduğunu bildirib.

Musa Avropa Birliyinin onun ölkəsini tamhüquqlu üzv kimi qəbul etmək istəməməsinin Türkiyənin fərqli bir mədəniyyət koduna aid olması ilə bağlı olduğunu irəli sürüb. “BRİKS bir çox müxtəlif mədəniyyətləri əhatə edən və iqtisadi əməkdaşlığa diqqət yetirən beynəlxalq təşkilatdır”, deyən Türkiyə səfiri həmçinin əlavə edib ki, blokun müasir iqtisadiyyat və geosiyasətdəki rolunu nəzərə alaraq Türkiyənin BRICS-ə qoşulmaq istəyini təbii hesab edir.

Ülviyyə, Hurriyyet.az