Türkiyəli fermerdən 28 May Müstəqillik günü ilə bağlı qeyri-adi təbrik- VİDEO
2024-05-25 16:13:48
Türkiyənin Marmara bölgəsinin Kırklareli kəndində yaşayan fermer Burak Tunçkol maraqlı addımı ilə diqqət çəkib.
Hurriyyet.az xəbər verir ki, o tarlasında “Azərbaycan, Cümhuriyyət bayramınız mübarək” yazıb.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Fermerə bu iş üçün təxminən dörd saat lazım olub.


azpolitika.info