📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli güləşçi idmançımıza qalib gəldikdən sonra Azərbaycan Bayrağını öpüb

2024-02-13 23:30:41

Türkiyəli güləşçi idmançımıza qalib gəldikdən sonra Azərbaycan Bayrağını öpüb

Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında təqdirəlayiq addım atıb.

130 kiloqram çəki dərəcəsində çıxış edən 12 qat Avropa çempionu yarımfinalda Azərbaycan təmsilçisi Beka Kandelakiyə qalib gələrək finala yüksəlib.

Titullu güləşçi qarşılaşmadan sonra Kandelakiyə yaxınlaşaraq formasının üzərində əks olunmuş Azərbaycan Bayrağını öpüb.

Qeyd edək ki, Beka Kandelaki bu gün bürünc mükafat uğrunda görüşə çıxacaq.

 

\\AZƏRTAC