📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli məşhur aktyorun oğlu öldü: Yasda selfi biabırçılığı - FOTO

2024-08-28 21:42:56

Türkiyəli məşhur aktyorun oğlu öldü: Yasda selfi biabırçılığı - FOTO

Türkiyəli məşhur aktyor Cihat Tamerin oğlu Atilla Tamer xərçəng xəstəliyindən vəfat edib.

81 yaşlı aktyorun 57 yaşlı oğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

A.Tamerin dəfn mərasiminə atasının sənət dostları da qatılıb. 

Dəfn mərasiminə qatılan TRT sənətçisi Turhan Öğenin mərasimdə olan ustad aktyor Zihni Göktayla selfi çəkdirməsi müzakirə və tənqidlərə səbəb olub.

​​​​​​​Ölkə.Az