📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli müğənni Demet Akalın olduğu gəmi batdı - FOTO

2023-08-25 19:47:56

Türkiyəli müğənni Demet Akalın olduğu gəmi batdı - FOTO

Konsert məkanına getmək üçün dəniz yolunu seçən Demet Akalın olduğu gəmi qəzaya törədib.

Hurriyyet.Az xəbər verir ki, sənətçinin olduğu gəmi limana çırpılıb.

Demet Akalın yaşadıqlarını "İnstagram" izləyiciləri ilə bölüşüb.

Alnındakı şişkinliyi göstərən Demet Akalın dostlarından birinin də əlinin əzildiyini deyib:

"Yaxşıyam, narahat olma. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tək qoymaq istəmədim. Çox ağır gəmi qəzası keçirdik. Mən əslində gecələr belə şeylərdən istifadə etmirəm amma 20 dəqiqəyə çatarıq deyə buna razılaşdım. Qayıq saniyələr içində batdı. Necə sağ qaldıq?Anlaya bilmirəm".

Müğənni qəzaya səbəbin limanda işıqların yanmamasını göstərib. 

 

Metbuat.Az