📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli müğənni qalmaqallı bələdiyyə sədri ilə ailə qurur

2026-05-17 13:12:30

Türkiyəli müğənni qalmaqallı bələdiyyə sədri ilə ailə qurur

Türkiyəli aktrisa, müğənni Sevcan Orhan ailə qurur.

İfaçı sevgilisi, Buca Bələdiyyəsinin rəhbəri Görkem Dumanla nikah masasına əyləşməyə hazırlaşır.

Cütlüyün toyu sentyabrda olacaq.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən bələdiyyənin işçiləri maaşlarının verilmədiyini bildirərək etiraz aksiyası keçirmişdi. Elə həmin vaxt sədrin Sevcanla birgə Phuket adasında dincəldiyi bəlli olub. Narazılıqdan sonra onlar tətildən fotolarını sosial media hesablarından siliblər. (Axşam.az)