📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli nazirdən sevindirici XƏBƏR

2022-05-28 21:51:00

Türkiyəli nazirdən sevindirici XƏBƏR

Qara dəniz yataqlarından təbii qazın Türkiyədə istehlakçılara çatdırılmasına 2023-cü ildə başlanacaq. 
Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz məlumat verib.
"Qara dənizdəki ehtiyatları 540 milyard kubmetr olan yataqlardan hasil edilən qazla xalqımızın təmin edilməsi istiqamətində işlər davam etdirilir. Onlar cədvəl üzrədirlər. 2023-cü ildə vətəndaşlarımız Qara dəniz qazını almağa və mətbəxlərində istifadə etməyə başlayacaqlar”, - nazir deyib.