Türkiyənin Aİ-yə daxil olması prosesi müzakirə edilib
2024-07-10 11:07:35
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Macarıstanın Baş naziri Viktor Orban Türkiyənin Avropa İttifaqına daxil olması prosesini və qlobal məsələləri müzakirə ediblər. Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat verib.
Ərdoğan Macarıstanın Aİ-yə rəhbərliyi dövründə ölkəsinin Avropa İttifaqına daxil olması prosesinin aktivləşməsinə dəstək gözlədiklərini bildirib.
Hürr Tərcüman