📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin Amasya şəhərində evə ildırım düşdü: 1 nəfər yaralandı

2025-04-25 21:17:41

 Türkiyənin Amasya şəhərində evə ildırım düşdü: 1 nəfər yaralandı

Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda ildırımın evə düşməsi nəticəsində bir nəfər yaralanıb.

Hadisə Karaşar kəndində güclü leysan zamanı baş verib. İldırım evin içərisində olan S.D.-nin üzərinə düşüb. Yaralı dərhal Göynücek Dövlət Xəstəxanasına çatdırılıb.

Göynücek Kaymakamı Osman Demirgül xəstəxanada S.D-ni ziyarət edərək vəziyyəti ilə bağlı məlumat alıb.

Amasya Valiliyindən verilən açıqlamada isə bölgədə yağışların davam etdiyi bildirilərək, vətəndaşlara sel və su basqınlarına qarşı ehtiyatlı olmaları tövsiyə olunub. \\Radaktor.Az