📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin Azərbaycandakı hərbi attaşesi təqaüdə göndərildi

2023-08-31 12:00:31

Türkiyənin Azərbaycandakı hərbi attaşesi təqaüdə göndərildi

Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın təqaüdə göndərilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin komandanlıq səviyyəsinin formalaşdırıldığı Ali Hərbi Şuranın iclası keçirilib.

İclasda general-mayor Zekeriya Yalçın da daxil olmaqla bir neçə generalın təqaüdə göndərilməsi ilə bağlı qərarlar qəbul edilib. 

Z.Yalçın fəaliyyətini başa çatdırması ilə bağlı qardaş ölkəyə qayıdıb. 

Məlumata görə, ölkəmizə təyin ediləcək yeni hərbi attaşenin adı da məlumdur. Təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.