📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin Baş konsulluğu Krasnodar şəhərinə köçə bilər

2021-12-18 14:37:00

Türkiyənin Baş konsulluğu Krasnodar şəhərinə köçə bilər

Hurriyyet.az xəbər verir ki, Krasnodar diyarının paytaxt administrasiyası Türkiyənin Baş konsulluğunun bu şəhərə köçməyi planlaşdırığını bildirib.

Diplomatik missiyanın ofisi hazırda Novorossiysk şəhərində yerləşir.

Türkiyənin Baş konsulu Fırat Bayar ilə şəhərin meri Andrey Alekseyenko türk nümayəndəliyinin Novorossiyskdən Krasnodara köçməsinin iqtisadi və humanitar əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Şəhər rəhbərliyi bildirib ki, hazırda Türkiyə biznesinin Krasnodarda sənaye istehsalı müəssisələrinin, logistika mərkəzlərinin yaranmasına iştirakı məsələsi çox aktuallaşıb.

Qeyd edək ki, Rusiyada ermənilərin ən böyük icması Krasnodar diyarında yaşayır.

Hürr Tərcüman