Türkiyənin cənub sərhədləri yaxınlığında terror hücumu dəf edildi
2023-01-05 12:04:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi ölkənin cənub sərhədləri boyunca yaradılmış təhlükəsizlik zonasında terrorçuların hücumunun dəf edildiyini bildirib.
Nazirliyin açıqlamasında deyilir: “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimizin terrorla mübarizəsi gecə-gündüz, dağ, bayır demədən qətiyyətlə davam edir. Zeytun budağı və Barış bulağı bölgələrində dincliyi və təhlükəsizliyi pozmaq üçün hücuma cəhd edən 12 nəfər PKK/YPG terrorçusu zərərsizləşdirilib”.
Hürr Tərcüman