Nazirliyin məlumatına görə, artıq bölgədə mövcud olan İspaniyaya məxsus “Patriot” hava müdafiə sisteminə əlavə olaraq Almaniyadan ikinci bir sistem də yerləşdirilir.
Bildirilib ki, bu sistem Almaniyanın Ramştayn şəhərində yerləşən Müttəfiq Hava Komandanlığı tərəfindən göndərilib.
Məlumat Adanadakı İncirlik bazasında keçirilən həftəlik brifinq zamanı səsləndirilib.
Nazirliyin sözçüsü Zeki Aktürk son dövrlərdə baş verən hadisələrlə bağlı açıqlama verib.
Açıqlamada qeyd olunub ki, 13 mart tarixində İrandan atılan və Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raket müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Nazirlik bildirib ki, hadisənin bütün təfərrüatlarının araşdırılması üçün aidiyyəti ölkə ilə əlaqələr davam etdirilir. Eyni zamanda milli təhlükəsizliyə yönələn bütün təhdidlərə qarşı zəruri tədbirlərin qətiyyətlə görüldüyü vurğulanıb.
Qeyd edilib ki, hava məkanının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə milli səviyyədə görülən tədbirlərlə yanaşı, Adanada yerləşən mövcud İspaniya “Patriot” sisteminə əlavə olaraq Almaniyadan göndərilən ikinci “Patriot” sistemi də bölgədə yerləşdirilir.