📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin ən varlı 10 nəfəri açıqlandı – Siyahıda yeni ad var...

2026-02-24 12:28:04

Türkiyənin ən varlı 10 nəfəri açıqlandı – Siyahıda yeni ad var...

“Forbes” jurnalı Türkiyənin ən varlı şəxslərinin yenilənmiş siyahısını dərc edib.

“AzPolitika” xəbər verir ki, reytinqə əsasən, bu il də siyahıya tanınmış milyarderlər rəhbərlik edir və ilk onluqda müdafiə sənayesini təmsil edən yeni ad yer alıb.

Siyahıya 13,5 milyard dollarlıq sərvəti ilə Hamdi Ulukaya başçılıq edir. Onu 5,3 milyard dollarla Murat Ülker və 5,1 milyard dollarla Şaban Cemil Kazancı izləyir.

Reytinqdə növbəti yerləri isə belə bölünüb: 

4. Erman Ilıcak – 3,7 milyard dollar

5. Feridun Geçgel – 3,4 milyard dollar

6. Ferit F. Şahenk – 3,1 milyard dollar

7. Semahat Sevim Arsel – 3,1 milyard dollar

8. Filiz Şahenk – 2,9 milyard dollar

9. Mustafa Rahmi Koç – 2,7 milyard dollar

10. Selçuk Bayraktar – 2,7 milyard dollar.

Reytinqdə diqqət çəkən məqamlardan biri Selçuk Bayraktarın ilk dəfə siyahıya daxil olmasıdır. 2,7 milyard dollarlıq sərvəti ilə o, Türkiyənin 10-cu ən varlı şəxsi olub.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri olan Bayraktar son illər Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlarla beynəlxalq diqqət mərkəzindədir. Onun rəhbərlik etdiyi şirkət pilotsuz uçuş aparatları istehsalı sahəsində mühüm mövqeyə sahibdir.

Qeyd edək ki, siyahı milyarderlərin açıqlanmış aktivləri və onların bazar dəyərləri əsasında tərtib olunur.