📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türkiyənin Ərdoğan kimi Prezidenti olmasaydı...” - Putin

2023-04-27 20:45:00

“Türkiyənin Ərdoğan kimi Prezidenti olmasaydı...” - Putin

“Türkiyə-Rusiya əlaqələri regionda sülh və sabitliyə töhfə verir”.

Hurriyyet.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılışında videokonfrans vasitəsilə bildirib.

 “Türkiyənin Ərdoğan kimi Prezidenti olmasaydı, uğurdan danışmaq çətin olardı. Bu gün Türkiyə-Rusiya əlaqələri regionda sülh və sabitliyə töhfə verir. Türkiyə artıq nüvə enerjisinə sahibdir və ucuz enerji əldə edən ölkə olacaq”, - deyə Putin bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının açılışı baş tutub. Rusiya Prezidenti açılışda onlayn şəkildə iştirak edib.\\Ölkə.az