📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin etirazlarına rəğmən qazma işləri başlandı

2021-12-24 17:16:00

Türkiyənin etirazlarına rəğmən qazma işləri başlandı

Hurriyyet.az “Sözcü” nəşrinə istinadən xəbər verir ki, dünən Türkiyə ilə Avropa İttifaqı arasında gərginliyə səbəb olacaq bir hadisə baş verib. Yunan mətbuatının yazdığına görə, Türkiyənin etirazlarına rəğmən “Ekson Mobayl” (ExxonMobil) şirkəti ilə "Qatar Petroleum" şirkəti dünən Kipr adalarının sahillərində qaz kəşfiyyatı üçün qazma işlərinə başlayıblar.

Cənubi Kipr Yunan Respublikasının Enerji, Ticarət və Sənaye Nazirliyi dekabrın 23-də qazma işlərinə başladığını və hələlik problemlə qarşılaşmadıqlarını bildirib. ABŞ-da dərc edilən “National Herald” qəzetinin xəbərində Türkiyə hərbi gəmilərinin regionu qorumaq üçün keşikdə olduğu diqqətə çatdırılıb. Qəzet yazır: “Türkiyə hərbi gəmisi yox ikən “Ekson Mobayl” Kipr sularında qazma işlərinə başlayıb”.

Yunan nazir Natasa Pilides “Tvitter”dən verdiyi açıqlamada Kovid-19 pandemiyası başlanandan və Türkiyə ilə gərginlikdən sonra ilk dəfə qazma işləri aparıldığını diqqətə çatdırıb.

Hürr Tərcüman