📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin gələcəkdə üç atom elektrik stansiyası olacaq

2021-11-09 17:45:00

Türkiyənin gələcəkdə üç atom elektrik stansiyası olacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki,Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) yeni binasının açılış mərasimindəki çıxışında Türkiyə hökumətinin əlavə olaraq, daha iki atom elektrik stansiyası inşa eləmək niyyətində olduğunu bildirib.

Ərdoğan bildirib ki, respublikanın yaradılmasının yüzüncü ildönümündə –  2023-cü ildə işə düşməsi planlaşdırılan “Akkuyu” stansiyası Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə olacaqdır. O, “Akkuyu”nun ardınca ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisinin başlanacağını bildirib. Ərdoğan deyib: “Türkiyənin iqtisadi müstəqilliyininin və rihafının yüksəlməsinin tərəfdarı olan hər bir kəs atom enerjisindən dinc məqsədlə istifadəni dəstəkləməlidir”.

 

Hürr Tərcüman