📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin "Hello Space" peyk kompaniyası "İstanbul" kommersiya mini peykini orbitə buraxacaq

2022-12-21 15:21:00

Türkiyənin

Türkiyənin "Hello Space" peyk kompaniyası "İstanbul" kommersiya mini peykini orbitə çıxaracaq. Belə ki, ümumilikdə orbitə 80 oxşar obyektin çıxarılması planlaşdırılır - onlar dünyanın istənilən nöqtəsini peyk rabitəsi ilə təmin edəcəklər. “Anadolu” agentliyi yazır ki, bu mini-peykin İlon Maskın "SpaceX Falcon9" daşıyıcı raketindən istifadə etməklə orbitə çıxarılması planlaşdırılır.
Ümumilikdə şirkət 80 oxşar obyekti işə salacaq, onlar dünyanın istənilən nöqtəsinə məlumat ötürülməsini təmin edəcəklər.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Türkiyə Bülənt Ecevit Universitetinin tələbələrindən ibarət qrup tərəfindən hazırlanmış "Grizu-263A" mini peykini artıq orbitə buraxıb. O, həmçinin SpaceX-in raketinin köməyilə orbitə buraxılıb.
"Grizu-263A" Yer kürəsinin şəklini çəkib və kadrları Türkiyədəki bir stansiyaya göndərib. "Anadolu" xəbər agentliyi xəbər verir ki, 2023-cü ildə orbitə buraxılması planlaşdırılan "İstanbul" mini peyki sərfəli qiymətə peyk rabitəsi təmin edəcək.
Hər iki obyektin hazırlanmasında Müzəffər Duysal iştirak edib. "Grizu-263A"nın uğurlu buraxılışından qısa müddət sonra o, OBSS-in baş direktoru Zafer Şen ilə birlikdə "Hello Space"i təsis edib.
“Bizim peyklərimiz internetə çıxışı olmayan rayonlardakı kənd təsərrüfatı sahələrindən məlumatları dərhal dünyanın lazımi yerinə ötürməyə kömək edəcək. Məsələn, peyklərin köməyi ilə biz çətin əldə edilən ərazilərdə elektrik sayğaclarının məlumatlarını uzaqdan oxuya biləcəyik. O, həmçinin okeanın ortasında yerləşən gəmilərdə internetə çıxışı təmin edəcək. Əhatəmiz Türkiyə ilə məhdudlaşmayacaq, hətta Afrika və Avstraliyada da mövcud olacağıq”, deyə “Anadolu” agentliyi Duysaldan sitat gətirib.
“Hello Space” komandası "İstanbul" peykinin hazırlanmasını dayandırmaq niyyətində deyil: 2023-cü ilin oktyabrında büro ikinci mini-peykin üzərində işləri başa çatdırmağı və kütləvi şəkildə eyni vaxtda 20-30 obyektin istehsalı planlaşdırılır.
"Hello Space" komandasının yaradıcısı mini peyk layihəsini Türkiyə üçün strateji əhəmiyyətli adlandırıb, çünki bütün məlumatlar ölkədə qalacaq.
“Ankara Universitetində yer stansiyası tikirik. Beləliklə, məlumatlar Türkiyənin yerüstü stansiyasına ötürüləcək. Biz mini-peyklərin istehsalı üzrə dünya lideri olmaq niyyətindəyik”, deyə Duysal bildirib.

Ülviyyə, Hurriyyet.az