📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin hərbi gəmiləri Baltik dənizində fəaliyyətə başlayıb

2026-01-30 21:30:20

Türkiyənin hərbi gəmiləri Baltik dənizində fəaliyyətə başlayıb

"Anadolu" Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməliyyat qrupu "Steadfast Dart2026" təlimi çərçivəsində Baltik dənizində fəaliyyətə başlayıb.

Hurriyyet.org "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" hesabında məlumat yayılıb.

"Gəmilərin fəaliyyəti Türkiyənin kollektiv müdafiə və çəkindirməyə bağlı olduğunun təsdiqidir" , - paylaşımda qeyd olunub.

Məlumat üçün bildirək ki, "Steadfast Dart2026" NATO-nun 2026-cı ilin yanvar-mart aylarında keçirməyi planlaşdırdığı və başladığı genişmiqyaslı təlimdir. Əsas məqsəd NATO-nun Avropadakı üzvlərinin istənilən təhdidə çevik reaksiyasına hazırlıqdır. 10 min hərbçinin qatıldığı təlim Türkiyə, Almaniya, İtaliya və İspaniya üzərində fokuslanıb.