Türkiyənin hərbi gəmiləri Livana çatdı
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyənin iki amfibiya hərbi gəmisi - TCG Sancaktar ilə TCG Bayraktar gəmiləri Beyruta 300 ton humanitar yardım aparıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyinin əməkdaşlığı nəticəsində Beyruta yola salınan gəmilər Livanı tərk etməyi qərara alan türk vətəndaşlarını ölkələrinə qaytaracaqlar.
"Anadolu Agentliyi"nin məlumatına görə, AFAD-ın rəhbərliyi ilə toplanmış ərzaq, çadır və yorğanlar humanitar yardımın tərkibinə daxil olub.
Türkiyənin öz vətəndaşları ilə Livanı tərk eləmək məsələsində yardım üçün Türkiyə hökumətinə müraciət etmiş digər ölkələrin vətəndaşları Türkiyənin Hərbi Dəniz Qüvvələrinin iki patrul gəmisi və iki freqatının müşayiəti ilə Mersin limanına çatdırılacaqlar.
Hürr Tərcüman